MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Fikrət Qoca
Bölmələr

******

29.03.2024, 15:58

Fikrət Qoca

(1935)


Azərbaycanın Xalq şairi Fikrət Qoca 1935-ci ildə anadan olmuşdur. Orta məktəbi Ağdaşda bitirmişdir. Sonralar ali təhsil alan və müxtəlif vəzifələrdə çalışan F.Qoca heç vaxt qələmi əlindən qoymamış, ədəbi yaradıcılıqla məşğul olmuşdur. Çap etdirdiyi çoxsaylı şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, azərbaycan təbiətinin gözəlliyi, uşaqlara qayğı tərənnüm olunmuşdur. Onun qələmindən çıxan "Oddan keçənlər”, "Adi həqiqətlər”, "Ölüm ayrılıq deyil” əsərlərindən xalqımızın taleyindən, azadlıq mübarizəsindən söz açılmışdır.

Əziz uşaqlar! Sizə şairin Qarabağ uğrunda şəhid olmuş, əsirlikdə olan 25 nəfər xocalının azad olunması müqabilində düşmənə könüllü təslim olan Azərbaycan əsgəri Natiq Qasımova həsr etdiyi "Bayraq tutan oğullara” şeirini təqdim edirik:

 

Bayraq tutan oğullara

 

Şəkildə baxan o gözlər

Elə sözdü, elə səsdi.

Əlindəki bayraq kimi

    Müqaddəsdi

Əbədiyyət qazanmağa

     Bu da bəsdi!

Yenilməzlik, haqlıq, düzlük

         Elə budu!

 

Sən əsir düşməsin belə,

Əlindəki bayraq ilə!

Xankəndini tapdaladın,

       Qisas aldın!

Azərbaycan bayrağıyla

Keçdin ordan!

Zəfər çaldın!

İnsanlıqdan ucalmısan,

Sən müqəddəs bir ocaqsan!

Elə orda, Xankəndində

Nəhəng heykəl olacaqsan,

Əlində də öz bayrağın!!!

Bayrağının altından da

İllər, nəsillər keçəcək

Zaman-zaman, axın-axın,

Sən oğulsan!...

Gözlərinə qurban olum!

Bu günə də şükür oldun!

Çox şükür ki,

Bayraq da var,

Bayraq tutan oğullar da!

 




Copyright Ədəbiyyat dərsliyi © 2024