Mehdi Hüseyn
(1909 – 1965)
Azərbaycan
Xalq yazıçısı Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 1909-cu il mart ayının
22-də Qazax rayonun Çıxlı kəndindən müəllim ailəsindən anadan olub. Tanınmış
yazıçılarımızdan olan M.Hüseyn ilk təhsilini doğulduğu Qazaz rayonunda
almışdır. Sonra Qazaxdakı pedaqoji texnikumda oxumuş, ailəsi ilə birlikdə Bakı
şəhərinə köçmüşdür. Burada da təhsilini davam etdirən M.Hüseynə görkəmli yazıçı
Abdulla Şaiq dərs demişdir. O, ilk yazılarını sevimli müəlliminə oxumuş, ondan
faydalı məsləhətlər almışdır. Ali
təhsil alan, müxtəlif vəzifələrdə çalışan M.Hüseyn ömrü boyu qələmdən
ayrılmamış, çoxlu bədii əsərlər, uşaqlar üçün maraqlı hekayələr yazmışdır. Onun
əsərlərində xalqımızın keçmişindən, kənd həyatından, şəhərdə yaşayanların
əməyindən ətraflı danışılmışdır. Yazıçının "Səhər”, "Tərlan”, "Vətən
çiçəkləri”, "Ürək”, "Fəryad”, "Nizami”, "Cavanşir” və digər əsərlərində
Azərbaycan xalqının vətənpəvərliyi, qəhrəmanlığı tərənnüm edilmişdir.
Əziz
balalar! M.Hüseynin sizə təqdim olunan "Odlu qılınc” hekayəsində xalqımızın
qəhrəmanlıqlarla dolu ulu keçmişindən söz açılmışdır.
Odlu qılınc
(İxtisarla)
Günəş doğdu. Hava işıqlandlqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi.
Girdman qalasının qoca keşekçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-dirim vuruşuna girmişdi. Bu anda vuruşanlar həyətdə göründülər. Qoca keşikçi qəhqəhə çəkib güldü. Qoşun hesab etdiyi adamlar yalnız iki nəfərdi. Onlar qocanın burada olmasından xəbərsizdilər. İrəliyə doğru şığıyan dəliqanlı Girdman hörmdarı Varazın oğlu Cavanşir, geri çekilən Urmuz idi.
Onlar qılınc döyüşdürüb məşq edirdilər.
Birdən haradasa şeypur çalındı. Çox keçməmiş Girdman cəngavər ləri böyük meydana toplaşdılar. Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Şeypur səsləri hamını çağırardı. Girdmanın igid sərkərdəsi dik bir yerdə görünərdi. Onun bir sözü ilə insan dənizi bir səmtə doğru axırdı. Gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı Cavahir xatun da yanında idi. İnsan dənizi sükut içində gözləyirdi. Varaz sözü başladı.
- Əziz övladrarım! Müqəddəs Girdman ölkəsi bizdən kömək istəyir. Bilin ki,
üstümüzə ölüm gəlir. Mən də sizə son borcumu verməyə gəldim. Otuz ildə həmişə ğlüm bizdən uzaqda olubdur. Girdman adı gələndə hamı hörmətlə baş əyibdir. Amma indi mən qocalmışam. Sərkərdəniz kim olacaq? Göstərin!
Bu anda Urmuz Varazın qarşısında əyildi və dedi:
- Böyük hökmdarımız! Mən artıq yetkin bir cəngavərəm, Sərkərdəlik
qılıncını mənə verin!
- İgid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncını adama hökmdar yox,
döyüş eydanı verər!
Urmuz dinmədi, hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı.
- Mənim də sözüm var, ata, – dedi, – döyüş meydanında düşmən
sərkərdəsinin qılıncını əlindən alacağıma söz verirəm!
Varaz oğlunun da cəsarətini beyəndi, amma daha bir çətin sınaqdan keçirmək istədi:
- Bəlkə birdən o səni məğlub etdi?
Cavanşir səsini ucaltdı, böyük bir qürurla cavab verdi:
- Kür çayı dayanar, Cavanşir basılmaz!
Hamı Cavanşirə iftixarla baxdı...
Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi.
- Elə isə tədbirini söylə, oğlum, – dedi.
- Vuruşmanın sonuna gözlərsən, ata! – deyə Cavanşir cavab verdi.
Sonra Varaz üzünü xalqa tutaraq, onların fikrini soruşdu:
- Razıyıq, razıyıq! – dedilər.
- Elə isə uğurlar olsun, bala!... Unutma ki, Girdmam torpağının sərhədi Kür çayının o tayından başlanır.
- Bunu bilirəm, ata... Qoy mehriban anam mənə xeyir-dua versin!
Cavahir xatun dedi:
- Mənim sözlərimi dinlə, oğlum. Bir zaman, sən hələ uşaq ikən, davada düşmən polad qılıncı məni sinəmdən yaraladı. Mən ağlamadım, oğlum! "Cavanşirim sağ olsun!” dedim. Evə qayıtdım. Sənin sinəsitəzə al qanıma boyadım. Mən davasız-dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən. Atanı da, məni də sən əvəz edirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinədən aldığın yaradan sənə ğlüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz.
Ananın sözlərinə eşidən Girdman cəngavərləri qılıncları havada oynadıb, ucadan çığırdılar:
- Var olsun anamız!
Sonra Cavanşirin səsi eşidildi:
- İgid dostlar! Anamın sözləri qollarıma qüvvət, gözlərimə işıq verdi. Atam
bizi imtahana çəkir. Mənim də şərtim var. Hər saatda yeddi çapar müharibə meydanından atama xəbər gətirsin. Bax, bu meydanda iki cərgə cavan düzülsün. Bu cərgənin birində yeddi oğlan – əllərində qılınc-xəncər, o birisində isə yeddi qız – əllərində gül-çiçək dayansın. Məğlub olub qayıtsam, qoy o yeddi cəngavərin hərəsi mənə sağalmaz bir yara vursun. əgər qalibiyyətlə geri dönsəm, yeddi qız üstümə gül-çiçək səpsin.
Varaz bu şərtə razı oldu:
- Oğlum, – dedi, – düşmən atları Kürün müqəddəs sularından bir damla da içərsə, unutma ki, o qılınc yaralarını sənə yeddi igid yox, bütün Girdman ölkəsi vuracaq, qalib gəlsən, üstünə o gülləri, çiçəkləri bütün Girdman səpəcək!
Cavanşir qoca atasının bu sözlərindən daha da ruhlandı:
- Uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata, – dedi.
Onun köhlən atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb, cəld ata sıçradı. Köhlən at şahə qalxdı.
Hərəkət şeypurları gurladı. Dağlar, dərələr titrədi. Cavan sərkərdənin qoşunu hərəkətə gələndə ata gözlərindən sevinc yaşlarını silərək dedi:
- Göylər sənə yar olsun, oğlum!
... Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi.
- Kim bilir, bəlkə də bütün qoşun əsir düşmüşdür?
Ana ürəyi buna dözmədi. Cavahir xatun dedi:
- Səbr et, Varaz! Qocaldıqca deyəsən hökmdar olduğunu unudursan!.. Bu
anda sarayın yaxınlığında yel qanadlı bir atlı göründü. Cavanhir xatun onu hamıdan əvvəl gördü və dedi:
- Cavanşirin elçisidir!
Hamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan düşdü, hökmdarla Cavahir xatunun qarşısında baş əyib dedi:
- Mərd sərkərdəmizin ilk elçisiyəş düşmən Kür çayının bəri tayında idi. İlk
həmlədə düşməndən iki yüz, bizdən isə üç yüzə qədər igidin qanı Kür çayının sularını qırmızı rəngdə boyadı. Düşmən bizdən on qat çoxdur.
Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü.
- Get oğlum, – dedi, – bu acı xəbəri eşidən anaların ürəyi qana dönməsin.
Bu xəbərdən kədərlənən Cavahir xatun hökmdarın ətrafına toplanmış oğlanlara, qızlara üzünü tutub dedi:
- Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. Girdiman igidləri, siz də onun ikinci şərtinə əməl edin!
Böyük ananın hökmünə əməl olundu: gənclər iki cərgə düzüldülər. Bir yanda qılınclar parıldadı, bir yanda isə güllər, çiçəklər ətir saçdı.
Çox keçməmiş Cavanşirin ikinci elçisi pzünü yetirdi:
- Böyük hökmdar! – dedi. Qanlı vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən on dəfə çoxdur.
Qan Varazın baçına vurdu, gözləri qaraldı, titrəyən əlini qınca atdı və dedi:
- Of, Cavanşir, Cavanşir!... Mən otuz ildə belə acı xəbər eşitməmişdim.
Bu anda üçüncü elçi özünü yetirdi və dedi:
- Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara
dırnaqlı atının ayaqları altına atdı. Sonra Cavanşir bir dəstə atlı ilə meşə tərəfdən düşmənin arxasından hücum çekdi. Girdman igidləri düşməni halqaya alıb, geri qaçmağa qoymadılar. İndi bizimkilər düşmən əsgərlərini qırıb tökürlər.
Yenə şeypur səsləri guruldadı. İndi Cavanşir özü Girdman igidləri ilə bərabər qayıdırdı.
Varazın alov kimi yanan gözlərindən oğlunun qələbəsindən doğan bir parıltı vardı. Cavanşir hələ at belində ikən qoca hökmdar soruşdu:
- Söylə, oğlum, söyıə, mənim aslanım, düşmən atları Kür çayının suyundan
içə bildimi?
- Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir
damcı da içə bilmədi. Lakin düşmənlər pzləri bu sudan doyunca işdilər.
Sonra Varazın səsi ucaldı:
- Bu ölkə heç vaxt məğlub olmayacaq, övladlarım!
Qızlar Cavanşiri çiçək dənizində üzdürdülər. Onun odlu qılıncı parıldayırdı.
Yeddinci əsrdə parlamış bu qılınc Odlar yurdunun şöhrətini bütün dünyaya yaydı...