MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
İmadəddin Nəsimi
Bölmələr

******

24.04.2024, 19:11

İctimai lirikanın görkəmli yaradıcısı

İmadəddin Nəsimi

Həyatı haqqında

  XIII-XV əsr­lər Azərb­aycan ədə­biyy­atı­nın ən qüd­rət­li qə­ləm sahibi Seyid İma­dəd­din Nə­si­mi­dir. Sə­nətk­arın həya­tı və şəx­siy­yəti barədə çox az şey bəl­li­dir. Şai­rin adı, anadan olduğu yer və il barədə də müba­hi­səli fi­kir­lər mövc­uddur. Müx­tə­lif mən­bə­lər onun adını İma­dəd­din, Nə­simi, Nə­si­məd­din, Əli, Müs­li­həd­din, Ömər və s. kimi qeyd edir­lər.

Ümu­mi və daha düz­gün qən­aət belə­dir ki, şai­rin əsl adı İmad və ya İma­dəd­din (“di­nin di­rəyi”), tə­xəl­lüsü isə Nə­si­mi­dir.

Azərb­aycan sə­nətk­arı­nın anadan olduğu yer barədə də mübahisə var. Onun Bağdad yaxın­lı­ğınd­akı Nə­sim kən­din­də, Nis­si­bin­də, Diya­rbə­kir­də, Şira­zda, Hə­ləb­də, Bakıda, Şama­xıda, Təb­riz­də və s. yerlər­də doğulduğunu söy­lə­yən­lər də var.

Ədəbiyyat tarixçilərimizin böyük bir qismi onun Şamaxıda anadan olduğunu qəbul edir. Sə­nətk­arın Təb­riz­də doğulması daha mən­tiq­li və hə­qi­qətə uyğun gö­rü­nür; bir sıra ciddi ərəb tədqiqatçıları onu “Təb­riz­li” nis­bəsi ilə yad edir.

Nə­si­mi­nin tə­vəl­lüd tarixi də də­qiq şə­kil­də bəl­li deyil. Bu tarix müx­tə­lif müəl­lif­lər tə­rə­fin­dən az qala 30 il­lik bir müd­dəti əha­tə edən sü­rək­li bir dövr ər­zin­də aşağı və yuxarı sü­rüş­dü­rü­lür. XX əs­rin 60–80-cı il­lə­ri­ndə Azərb­aycan nə­si­mi­şüna­sları şai­rin 1369-70-ci il­lər­də anadan olduğunu qəbu­l etmişlər. Lakin bir sıra faktlar bu fikrin qəbul edilməsinə mane olur.  Nə­si­mi­nin təx­minən  XIV yü­zil­li­yin 50-ci il­lə­rin­də anadan olduğunu söy­lə­mək müm­kün­dür.

Nə­simi özü­nün də dediyi kimi “məka­nsız”, səyyahvarı bir həya­t keçir­miş, uzunmüd­dət­li yaşayış yeri olmamış­dır. Şai­rin:

Məka­nsız oldu Nə­simi, məka­nı yoxdur anın, 

Məka­nə sığm­ayan ol bi­məka­n məka­ni nedər? –

 

misr­alarınd­a müəy­yən məca­zi­lik olsa da, birb­aşa yer üzün­dəki konkret məka­nsız­lığa, yer-yurdsuzluğa işa­rə olunur.

Onun Təb­riz, Şamaxı, Bakı, Şiraz, Bursa, Mərəş, Bağdad, Şam, Misir, Hə­ləb və s. yerlər­də olduğu bəl­li­dir. 

Əsər­lə­rin­dən bəl­li olur ki, sə­nətk­ar döv­rün kəlam, heyət, fiqh, əruz, riya­ziyy­at, mən­tiq, fəl­səfə, tarix, təbiət və s. kimi dün­yəvi elmlə­rinə kifa­yət qə­dər bə­ləd olduğu kimi, Quranı, hə­dis və təf­siri, müx­tə­lif dini elmləri, həm­çi­nin ərəb, farstürk dil­lə­rini də mü­kəm­məl mə­nim­sə­miş­dir.

1394-cü ildə Teymurun gös­tə­rişi ilə Azər­bay­can hakimi olan oğlu Mira­nşah hüru­fi­lə­rin şeyxi F.Nəi­mini Şirv­anda tutdurur və bir müd­dət Naxçıva­nda Əlin­cə qalasınd­a həbs­də saxladıqd­an sonra edam etdi­rir. Cid­di şə­kil­də tə­qibə məru­z qalan hüru­fi mü­rid­ləri, o cüm­lə­dən Nə­simi Şirv­an və Bakını tərk edir. Şai­rin fars di­lin­dəki şeir­ləri içə­ri­sin­də Bakıda oldu­ğunu və buranı tərk etmək is­tə­di­yini gös­tə­rən belə bir beyt vardır: Ey Nə­simi, Allah deyib ki, yer üzü geniş­dir. Bakı tor­pağını tərk et, bura sə­nin yerin deyil.

Azərb­aycanı tərk etdik­dən sonra Tür­ki­yəyə gedən şair müx­tə­lif şə­hər­lə­r­də yaşayır. Türk şairi Şeyxi ilə gö­rü­şür. Başqa bir türk şairi Rəfii ilə yaxın dost olur. Nə­si­miyə və hüru­fi­liyə də­rin rəğ­bət bəs­lə­yən Rəfii­nin, hətt­a Nə­si­mi­nin mü­rid­li­yini qəbu­l etdi­yini söy­lə­yən­lər də var. Belə bir məlu­mat da mövc­uddur ki, Əbül­hə­sən Əli­yül Əla ilə bir­lik­də Tür­ki­yəyə gə­lən şair bir müd­dət bəkt­aşi­lər içə­ri­sin­də yaşamış, onlar arasınd­a bəkt­aşi­lik əvə­zinə hüru­fi­lik ide­yalarını təb­liğ etmək­lə məşğ­ul olmuşdur.

Tür­ki­yədə də tə­qibə məru­z qalan sə­nətk­ar müx­tə­lif şərq öl­kə­lə­rini gəz­miş və nəha­yət, Suriya­nın Hə­ləb şə­hə­rinə gə­lib çıx­mış­dır. Nəi­mi­dən sonra o, hüru­fi­li­yin şeyxlə­rin­dən olmuş­dur

Şai­rin vəfa­t tarixi də­qiq şə­kil­də bəl­li­dir. Bu tarix mila­di 1417, (hicri – 820-ci) ildir. Onun tutulub edam edil­məsi barədə isə müəy­yən rəva­yət­lər yaranmışdır. Nə­simi 1417-ci ildə Hə­ləb valisi Yaşbək ibn Abdullah əl-Yusi­fi­nin döv­rün­də Mi­sir məm­lük sultanı Əl-Müəy­yəd Seyfəd­di­nin (1412–1421) əmri ilə Hə­ləb şə­hə­rin­də faciə­li şə­kil­də qət­lə yeti­ril­miş­dir. Onun adı və ölümü fəda­karlıq simv­oluna çevril­miş­dir. Hə­ləb­də dəfn edil­miş­dir. Qəb­ri bu şə­hər­də­dir və hə­min yer şai­rin adı ilə “Nə­simi tək­yəsi” adlanır.

 

Yaradıcılığı haqqında

 

Şair zən­gin  yaradı­cı­lıq irsi qoyub getmiş­dir. O, üç dil­də - türk­cə (Azərb­aycan türk­cə­sin­də), farsca və ərəb­cə şeir­lər yazmış­dır. Şai­rin doğma türkcəmizdə və fars dilin­də diva­nları bizə çatmış­dır. Ərəb di­lin­də diva­n yaratdığı barədə isə məlu­matı­mız yoxdur. Nə­simi li­rik şair­dir və şeir­lə­ri­nin hamısı bu ədəbi növ­də qə­ləmə alın­mış­dır.

 Sə­nətk­arın bədii irsi bü­tün­lük­lə əruz vəz­nin­də­dir. O, ərəb poezi­ya­sı­nın vəz­ni olan əru­zu çox məha­rət­lə türk şeiri ilə uzlaşdıra bil­miş­dir. Yaradı­cı­lı­ğınd­a aparıcı janr qə­zəl­dir. Lakin klassik poezi­ya­nın müx­tə­lif bədii forma və janrlarınd­a uğurla qə­lə­mini sına­mış­dır: qəzəl, qə­sidə, müs­təza­d, tər­cibənd, tuyuq, rübai, məs­nəvi və s.

 Nə­simi tək­cə Azərb­aycan ədə­biyy­atınd­a deyil, ümu­miy­yət­lə, islam şər­qin­də ic­tim­ai-fəl­səfi şei­rin ən bö­yük nüma­yən­də­lə­rin­dən sayı­lır. O, is­tər ana di­lin­də, is­tər­sə də farsca yazdığı poetik nümu­nə­lər­də bu sahədə ciddi uğur qazanmışdır.

 Sə­nətk­arın şeir­lə­rini mövzu-məzm­un dai­rə­sinəide­ya is­tiqa­mə­tinə görə bir neçə qrupa ayırm­aq olar: tə­ri­qət poeziya­sı, dün­yəvi poeziya, dini poeziya nümu­nə­ləri və s.

Yaradı­cı­lı­ğı­nın il­kin dövr­lə­rin­də Nə­simi sufi­liyə meyil etmiş, F.Nəi­mi­nin hüru­fi­lik ide­yalarını yay­ma­ğa başladığı dövr­dən sonra isə hə­min tə­ri­qət cə­rəya­nına bağlanmış­dır. Buna görə də onun yaradı­cı­lıq yolu iki mər­hə­ləyə ayrı­lır. Sufiya­nə şeir­lə­rini daha çox bi­rin­ci, hüru­fi şeir­lə­rini isə ikin­ci mər­hə­lədə yazdığı güman edilir. Kə­miy­yət etiba­rı ilə hüru­fiya­nə poetik nümu­nə­lər üs­tün­lük təş­kil edir və sə­nət­ka­rın bədii-fəl­səfi ir­si­nin əsas qis­mi bu tip­li söz sə­nəti abidə­lə­rin­dən iba­rət­dir. Bununla belə, tə­səv­vüf­lə hüru­fi­lik gö­rüş­lə­ri­nin üst-üstə düşən, bir-bi­rini təkr­ar edən bir çox cə­hət­ləri ol­du­ğundan bə­zən hansısa bədii nümu­nəni konkret olaraq hansısa tə­­ri­qət cə­rəya­nına aid etməyə, yarımq­rup çər­çi­və­sin­də təh­lil et­məyə ehtiya­c qalmır.

Bir hüru­fi sə­nətk­arı olaraq ins­ana müna­si­bət və ümu­miy­yət­lə, ins­an konsepsiya­sı Nəsiminin poetik-fəl­səfi alə­min­də başlıca mə­sə­lə­dir. İns­an obrazı Nə­simi yaradı­cı­lı­ğınd­a özü­nə­məxs­usluğu ilə seçilir. O həm bə­şəri, həm də ila­hi keyfiy­yət­lərə malik­dir. Ümu­miy­yət­lə, bu Azərb­aycan şai­ri­nin poetik düny­a­sın-

d­akı ins­an obrazı bü­tün orta əsr­lər Qərb və Şərq ədə­biyy­atınd­akı ins­an obrazlarınd­an daha əzə­mət­li, ülvi və möh­tə­şəm gö­rü­nür.

 Nə­simi yaradı­cı­lı­ğınd­a ins­ana adi bə­şəri öl­çü­lər­lə yanaşmaq tamamilə yanlış­lığa və qeyri-obyektiv­liyə gə­ti­rib çıxa­ra bilər. Çün­ki şair adəm övl­adına ila­hi varlı­ğın bir zər­rəsi və bir sıra ila­hi si­fət­lə­rin daşı­yı­cısı kimi baxır və insan – Tanrı müna­si­bət­ləri onun yaradı­cı­lı­ğı­nın ən başlıca təs­vir və tə­rən­nüm ob­yek­ti­dir. Buna görə də sə­nətk­arın insa­n obrazına da məhz bu müs­tə­vidə, Haqq – ins­an müna­si­bət­ləri çər­çi­və­sin­də baxmaq lazım gəlir.

Nə­si­mi­nin ins­an obrazı hər yerdə­dir,  mahiy­yət­cə əzəli və əbə­di­dir. Bir sözlə, filo­sof sə­nətk­arın hüru­fi­məs­lək və hüru­fi düny­a­gö­rü­şünə malik li­rik qəh­rəma­nı Haqqın özün­dən başlamış məna və mülk alə­min­dəki son zərrə – xil­qətə qə­dər hər şeydə ins­anı görür, ondan nişa­nə və əla­mət tapır. Bəs bu qə­dər saysız, öl­çü­süz, həm za­mana və məka­na sığan, həm də sığm­ayan qeybi və maddi var­lıq­l­arın, xaliq, xil­qət və insa­nın bir­li­yini müm­kün edən, onu pə­ra­kən­də­lik­lər­dən və sist­emsiz­lik­dən xila­s edən nədir? Əl­bət­tə, “vəh­dəti-vücud” fəl­sə­fəsi. Məhz bu dini-fəl­səfi təli­min sa­yə­­­sin­də Nə­simi hər şeyi vahid bir müs­tə­viyə yı­ğış­dıra bilir, onu müəy­yən ənd­azəyə salır:

 

Kün-fəka­nın çün­ki əsli zat imiş,

Cüm­lə əşya vəh­dətə ayat imiş.

 

 Nə­si­mi­nin ins­an konsepsiya­sı­nın zir­və­sin­də və yekunun­da kamil şəx­siy­yət problemi dayanır. Bu özünü və ila­hi hə­qi­qət­­ləri dərk edən, hərf­lə­rin elmini bilən,  şeytan adlanan nəf­sin əsa­rə­­tinə düş­mə­yən,  hüru­fi gö­rüş­lə­rini dərk və qəbu­l edən, ins­a­nı və Haqqı sevən hə­qi­qət yolçusudur. Bu cür müsa­fir­lik, təbii ki, özünü tanıma­qdan başlayır.

Eşq fəl­sə­fəsi, ümu­miy­yət­lə, tə­ri­qət­də və tə­ri­qət ədə­biy­yatınd­a mü­hüm bir ruhi-mə­nəvi və his­si kateqoriya olduğu ki­mi Nə­simi yaradı­cı­lı­ğınd­a da xüsu­si çə­kiyə, ölçüyə malik­dir:

Mən əzəl­dən eşq ilə pir olmuşam,

Gah iki anınl­a, gah bir olmuşam. –

ina­mına əsa­slanan şai­rin nə­zə­rin­də eşq aşiq və arif­dən ötrü əzəli bir qis­mət­dir.

Nə­si­mi­nin eşq fəl­sə­fə­sin­də eşq və qəm, eşq və əql, eşq və rüsv­alıq, eşq və heyranlıq və s. xüsu­si hissi-ruhani kate­qo­ri­ya­lar kimi diq­qəti cəlb edir.

Sə­nətk­ar zahiri iba­dəti, şəriət qanunlarına əməl etmə­yin icb­ari qaydalarını da eşqin ruhi-mə­nəvi səda­qəti ilə əvəz edir:

Əgər­çi zikr təs­bi­hin səva­bı çoxdur, ey zahid,

Mən onu eşqə də­şir­dim, anın keçdim səva­bınd­an.

Nə­si­mi­nin bədii ir­si­nin bir qis­mini də dün­yəvi motiv­li poeziya nümu­nə­ləri təş­kil edir. Bu tip­li poetik ör­nək­ləri də müx­tə­lif mövz­u qruplarına ayırm­aq olar: dün­yəvi mə­həb­bət və gö­zəl­liyi tə­rən­nüm edən şeir­lər, ic­tim­ai-fəl­səfi şeir­lər, təbiət li­rika­sı, əxl­aqi-dida­ktik şeir­lər və s.

Sə­nətk­arın dün­yəvi mə­həb­bət, gö­zəl­liyi təs­vir və tə­rən­nüm edən xeyli şeiri vardır. “Bu nə adət­dir, ey türki-pə­riza­d”, “Ey Mə­siha­dəm, nişə can vermə­din cansızl­ara”, “Şən­bə günü mən uğradım ol sərvi-rəva­nə”, ”Ayrı­lıqd­an yar mə­nim bağrımı büry­an eylədi” misr­a­ları ilə başlayan, “Xoş gör­dük səni”, “Susadı”,  “Neylə­rəm?”, “Etmə­gil” və s. rə­difl­i qə­zəl­ləri, habelə başqa janrlarda yazdığı bir sıra şeir­ləri bu tip­li bədii nümu­nə­lər­dir.

Maraqlıdır ki, bu qə­bildən dün­yəvi motiv­li poeziya ör­nək­lə­ri­n­də də müəy­yən məqa­mlarda tə­ri­qət ide­yaları ilə rastlaşı­rıq. Mə­sə­lən, əsa­sən, dün­yəvi mə­həb­bə­tin tə­rən­nü­münə həsr olunmuş, maddi həya­t aşi­qi­nin hiss və duyğularını ifa­də edən “Etmə­gil” qə­zə­lin­də li­rik qəh­rəma­n deyən­də ki:

Bür­qəi üzün­dən açarsan mə­gər naməh­rəmə,

Giz­li əsr­arı əyan etmək di­lər­sən, etmə­gil! –

 bu fi­kir­ləri hüru­fi­lik etiqa­dı­nın mövqeyi baxımından da şərh etmək müm­kün­dür. Buna baxmayaraq, adını çək­di­yi­miz, həm­çi­nin Nə­si­mi­nin tə­ri­qət ide­yaları çərçivəsinə sığ­ma­yan bir çox li­rik əsər­lə­rini, hə­qi­qə­tən, dün­yəvi mövz­u və ide­yalarla bağlı bədii nümu­nə­lər hesab etmək olar.

Belə­lik­lə, Nə­simi yaradı­cı­lı­ğınd­a həm ilahi, həm də dün­yəvi eşq, mə­həb­bət və gö­zəl­li­yin təs­vir və tə­rən­nümü ilə rastlaşı­rıq. Tə­ri­qət ide­oloqları­nın tə­biri ilə desək, o, tə­ri­qət şeir­lə­rin­də hə­qiqi, dün­yəvi motiv­li əsər­lə­rin­də isə məca­zi mə­həb­bəti tə­rən­nüm edir. Bu yö­nüm­lü şeir­lər arasınd­a başlıca fərq də orasınd­adır ki, tə­ri­qət şeir­lə­rin­dəki məşuq, yar, gözəl, canan, dil­bər və s. ila­hi gö­zəl­lik və keyfiy­yət­lərə malik­dir, Haqqın tims­alı və ya özü­dür, bə­şəri xis­lə­tin föv­qün­də dayanır. Məca­zi mə­həb­bət poeziya­sınd­a isə məşuq, məhb­ub, sevgili bə­şəri xis­lət­dən xali deyil, adəm övl­adı­dır, bən­də­dir, maddi alə­min subyekti­dir, ins­ani əməl və davranışl­ara malik­dir.

Nə­si­mi­nin dün­yəvi motiv­li əsər­lə­ri­nin bir qis­mini onun ic­tim­ai-fəl­səfi məzm­unlu şeir­ləri təş­kil edir. Ümu­miy­yət­lə, Nə­simi filo­sof şair­dir. Onun həm tə­ri­qət, həm dün­yəvi, həm də dini şeir­lə­rin­də fəl­səfi fi­kir daim aparıcı mövq­edə­dir.

Sə­nətk­arın ic­tim­ai-fəl­səfi poeziya­sınd­a üç meyl daha qa­ba­rıq şə­kil­də özünü təza­hür etdi­rir: bi­rin­cisi, düny­a və onun vəfa­sız­lı­ğınd­an şika­yət, düny­anı tən­qid; ikin­cisi, düny­anın şər xis­lət­li ins­anlarınd­an narazı­lıq və onları tən­qid; üçün­cüsü isə, düny­anın yaradı­lışı, hik­məti barədə dü­şün­cə və suallara cavab axtarmaq.

Şai­rin maddi düny­aya və ona məxs­us hər şeyə müna­si­bəti ardı­cıl şə­kil­də tən­qidi xarakter daşı­yır. Əgər tə­ri­qət poeziya­sınd­a müəl­lif düny­anı ins­an ruhu və mö­min üçün zind­an hesab edir­sə, ( Mö­’minə həqq düny­anı zind­an dedi, Mö­minə çox qal­ma­ya zind­anı­mız ) dün­yəvi ruhlu şeir­lə­rin­də də hə­min ide­ya­nı davam etdi­rir. Onun rəy və müla­hi­zəsi belə bir qəti hök­mə əsa­slanır:

Düny­a duracaq yer deyil, ey can, sə­fər eylə!

Aldanma anın alına, andan hə­zər eylə!

Payən­də degil döv­ləti, ey xacə, cahanın,

Əsb­abinə aldanma, gəl andan gü­zər eylə!

Nə­si­mi­nin ic­tim­ai-fəl­səfi şeir­ləri içə­ri­sin­də “Nədir?” rə­dif­li qə­zəli və “Bəh­rül-əsrar” (“Sir­lər dəry­ası”) qə­si­dəsi xüsu­si yer tutur. Şai­rin “Nədir?” rə­difi ilə bir neçə qə­zəli vardır. Bunlardan “Dünü gün mün­tə­zi­rəm mən ki, bu pərg­ar nədir?” misr­ası ilə başlayan qə­zəl daha çox məşh­urdur. Şeir XIV əsr Azərb­aycan sə­nətk­arı M. Əv­hə­di­nin fars di­lin­də qə­ləmə aldığı eyni rə­dif­li (“Çist?”) qə­zə­linə nə­zi­rə­dir. Təd­qiqa­t­çıla­r bə­zən bunu M. Əv­hə­di­dən sər­bəst tər­cümə də adlandı­rırl­ar. Maraqlı­dır ki, Nə­simi eyni rə­dif və məz­munda həm Azər­baycan türk­cə­sin­də (“Nədir?”), həm də fars di­lin­də (“Çist?”) poetik nümu­nə yaratmış­dır.

“Nədir?” qə­zəli xil­qət və onun hik­məti, is­tər qeybi, is­tər­sə də cism­ani varlıql­arın sir­li yaradı­lışı, kosmik kaina­tdakı müb­həm hadi­sə­lər, gedişa­t və s. barədə dü­şün­dü­rücü və cavabı əs­rarlı olan suallardan iba­rət­dir. Əs­lin­də, millətindən, dinindən asılı olmayaraq insanları daim dü­şün­dü­rən, məşğ­ul edən qlobal mət­ləb­ləri Azərb­aycan şairi poeziya dili ilə ifa­də etmiş­dir. Gecəsi-gün­düzü olan bu kaina­t, doqquz fələk, zaman, bürc­lər və sonsuz sayda ulduzlar həm ocaq, həm də nur mən­bəyi olan gü­nəş nədir? Fə­lə­yin və mə­lə­yin əzəli mən­şəyi, əsli haraya bağlı­dır? Şei­rin əv­vəl­ki beytlə­rin­də yaradı­lı­şın daha miqy­aslı, həm qeybi, həm də bü­töv kosmik məka­nı əha­tə edən maddi varlıql­arı və onların hik­məti barədə sorğu aparan li­rik qəh­rəma­n sonra yer üzə­rinə enir, buradakı rəng­arəng məxl­uq, hadisə, proses və gedişa­tın mahiy­yə­tini anlamağa, bu müx­tə­lif­li­yin sə­bə­bini öy­rən­məyə çalı­şır. Bu axtarışd­a təbii ki, ilk növ­bədə ins­an yada düşür:

Odü su, torpağü yel adlı nə­dən­dir adəm?

Ana səc­də nə üçün, ib­lisə ink­ar nədir?

      

 

 

Nəsimi yüksək sənətkarlıq qüdrətinə malikdir. Onun əsərləri istər vəzn, istər qafiyə, istər bədii sözün yaratdığı müsiqi effekti, istərsə də məcazlar sistemi baxımından mükəmməl, zəngin və cazibə­dardır. Şair şeirlərində rəngarəng məcaz növlərindən, ayrı-ayrı bədii vasitələrindən məharətlə istifadə etmişdir. Aşağıda bir neçə nümunə ilə kifayətlənilmişdir.

Cinas. Ci­nas bədii əsər­də söz gö­zəl­liyi və ahə­ng­dar­lıq ya­ra­dan və ən çox iş­lə­nən poe­tik ka­te­qo­ri­ya­lar­dan bi­ri­dir. Bu, şeir­də for­maca ya tam eyni, ya da çox cüzi fərq­lə­nən söz və ifa­də­lə­rin tək­rar, la­kin fərq­li mə­nada iş­lə­dil­mə­si­dir. Mə­sə­lən:

Ca­nı­mın (1), cana (2), vü­sa­lın (3) can (4) için­də ca­nı­dır,

Canə (5)canü (6)canə canü canü (7)  həm ca­na­nı­dır (8).

Beyt­də “can” sözü çox us­ta­lıq­la bir neçə dəfə fərq­li mə­na­lar­da tək­rar edil­miş­dir. Hə­min söz­lə­rin ar­dı­cıl­lıq­la mə­na­ları be­lə­dir: 1 – qəlb, könül; 2 – sevgi­lim, niga­rım; 3 – ruh; 4 – ma­hiy­yət; 5 – can, can­lını ya­şa­dan cöv­hər; 6 – qəlb, könül; 7 – həyat, ya­şa­yış; 8 – güc, sevgi­li (tə­ri­qət an­la­mın­da Haqq).

Bey­tin mə­nası be­lə­dir: Sevgi­lim (niga­rım), sə­nin vü­sa­lın mə­nim qəl­bi­min (kön­lü­mün) içə­ri­sin­dəki ru­hun ma­hiy­yə­ti­dir, Can (aşiqi in­san kimi diri sax­la­yan cöv­hər) qəl­bim­dəki hə­ya­tın (ya­şa­yı­şın) gü­cü­dür (digər mə­nada sevgi­li­dir, tə­ri­qət an­la­mın­da isə ila­hi­dir, Haq­dır). Hü­rufi şair “can” sö­zü­nün çox­qat­lı məna ça­lar­la­rın­dan mə­ha­rət­lə ya­rar­lan­maq­la özü­nün “vəh­dəti-vü­cud­çu” gö­rüş­lə­rini də bey­tə sı­ğış­dır­mış­dır.

     1.Al­le­te­ra­siya – sa­mit səs­lə­rin tək­rarı; 2.As­so­nans – sait səs­lə­rin tək­rarı:

Bə­zən sə­nət­kar ob­raz­lı­lı­ğın və bədiiy­ya­tın fo­ne­tik sə­viy­yədə im­kan­la­rını daha ge­niş öl­çüdə nü­ma­yiş et­di­rir. Eyni bədii par­çada həm al­le­te­ra­siya, həm də as­so­nans ya­ra­dır. Mə­sə­lən:

Yürəgmi ya­rəli ey­lədi şöv­qün, iriş,

Ya­rə­sinə bax bu gün qoy­ma anı ya­rinə.

Yan­dı­rı­ram ca­nımı şəm­'inə pər­vanə tək,

Ya­nar imiş yar içün va­sil olan ya­rinə.

Bu­rada 1, 2 və 4-cü mis­ra­lar­da “y”, 2, 3 və 4-cü mis­ra­lar­da “n” sa­mit­lə­ri­nin al­le­te­ra­si­yası, 1-ci və 4-cü mis­ra­lar­da “i”, 2, 3 və 4-cü mis­ra­lar­da “a” sait­lə­ri­nin bədii məz­mu­nun siq­ləti ilə səs­lə­şən uyar­lı as­so­nan­sı ya­ra­dıl­mış­dır.

Təş­beh. Bən­zət­mə qoş­ması və əla­məti iş­ti­rak et­mə­yən nümunə:

Zül­fün ge­cəsi qədr­dü­rür, al ya­na­ğın ay

Me'­rac üzün, sid­rə boyun, qa­şın iki yay.




Copyright Ədəbiyyat dərsliyi © 2024