MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
|
|
|||||||||
|
Seyid Əbülqasim Nəbati Olasan (ixtisarla) Görüm, ey şux, səni xürrəmü xəndan olasan, Qönçə gültək açılıb, zibi-gülüstan olasan. Geyəsən əyninə hər həftədə bir dəst libas, Bərq urub aləmə bir mehri-dirəxşan olasan. Tirmə başında, ayağında firəngi başmaq, Sona kəklik kimi hər yanə xuraman olasan. ...Olmaya şəngü qəşənglikdə də bir tay sənə, Hamı dilbərlərə sən sərvəri-xuban olasan. Nə qədər var isə ömrün gəzəsən məstanə, Bu cahan bağına bir sərvi-xuraman olasan. ...Bir dua qıldı Nəbati, onu mövlayə burax, Ta onun sineyi-suzanına dərman olasan. |
Copyright Ədəbiyyat dərsliyi © 2024 |