MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Üzən ev - IX fəsil
Bölmələr

******

25.12.2024, 05:07

DOQQUZUNCU FƏSİL

ÜZƏN EV

Gəzib baxdığım zaman adanın ortasında gördüyüm bir yerə bir daha gedib baxmaq istədim; Cimlə yola düşdük və tezliklə gedib ora çatdıq, çünki adanın uzunu cəmisi üç mil, eni isə dörddə bir mil idi. Gəlib çatdığımız yer çox hündür və dik bir təpə, yaxud qırx fut ucalığında kiçik bir dağ idi. Biz güc-bəla ilə bu dağın başına dırmandıq, yamaclar çox dik və hər yan keçilməz kolluqlar idi. Biz hər tərəfı gəzib dolandıq, hər yana dırmandıq və nəhayət, İllinoysa yaxın tərəfdə, lap yuxarı bir yerdə yaxşı, geniş bir mağara tapdıq. Mağara çox böyük, iki-üç otaq boyda idi, buna görə də Cim bu qərara gəldi ki, bu saat şeylərimizi buraya daşıyaq, amma mən dedim ki, həmişə yuxarı dırmanıb aşağı düşmək çox çətin xoşumuza gələ. Cim düşünürdü ki, əgər biz qayığı xəlvət bir yerdə gizlətsək və şeyşüyümüzim hamısını mağaraya daşısaq, onda bir adam adaya gələndə burada gizlənə bilmərik, itsiz isə bizi heç cür tapa bilməzlər. Bundan başqa isə, quş balaları yağış yağacağını əvvəlcədən əbəs yerə xəbər verməyiblər, yoxsa mən hər şeyin islanmağını istəyirəm? Biz geri qayıtdıq, qayığı götürub mağaranın yerləşdiyi tərəfə üzdük və bülün şeylərimizi oraya daşıdıq. Sonra yaxınlıqda qayığı sıx söyüd kolları arasında gizlətmək üçün münasib bir yer axtarıb tapdıq. Qırmaqlardan bir neçə balıq çıxarıb tilovları yenidən suya salaraq nahar hazırlamağa getdik. Mağaranın girəcəyi boçkanı diyirlədib içəri salmaq üçün kifayət qədər enli idi; girəcəyin bir tərəfində döşəmə bir qədər yuxarı qalxmışdı və orada ocaq üçün münasib olan düz yer var idi. Biz orada ocaq qalayıb xörək bişirdik.

Yorğanları döşəməyə salıb üstündə əyləşərək nahar etdik. Bütün qalan şeyləri mağaranın içərisində elə yerləşdirdik ki, həmişə əl altında olsun. Azca sonar hava tululdu, ildırım çaxmağa başladı, göy guruldadı; deməli, quşlar haqlı imiş. O saat yağış tökməyə başladı, elə şırıldayırdı ki, elə bil vedrə ilə tökürdülər, bərk külək qopmuşdu, heç vaxt beləsini görməmişdim. Bu əsl yay tufanı idi. Hava elə qaranlıqlaşmışdı ki, ətraf adama qaramtıl-göy rəngdə, həm də çox gözəl görünürdü; yağış isə elə bərk və tez-tez yağıb şırıltı ilə tökürdü ki, bir az o yandakı ağaclar tutqun və elə bil hörümçək toru arasından görünürdü; arabir qəfildən burulğan qalxır, ağacları əyir, yarpaqların parıltılı üzünü tərsinə çevirirdi; bundan sonra bərk külək qopurdu, ağaclar sanki qeyzlənir, budaqlarını tərpədirdi; zülmət daha da qaralıb qatılaşanda, birdən qaranlıq əriyib gedir və gündüz kimi işıq olurdu; əvvəlkindən yüz addımlarla uzaqda ağacların başlarının küləkdən necə əyildiyi görünürdü; bir saniyə sonra isə yenə zülmət kimi qaranlıq oldu, göy dəhşətli bir qüvvə ilə guruldadı, bu gurultu sonra da göyün üzü ilə getgedə aşağılara endi, elə bü boş çəlləklər pilləkənlə aşağıya diyirlənirdi, yəqin ki, siz, uzun pilləkəndən boş çəlləyin aşağı diyirlənərkən necə atılıb düşdüyünü görmüsünüz?

- Cim, qiyamətdir ha! - deyə dilləndim. - Mən burdan heç yana getməzdim. Mənə bir az da balıq və isti qarğıdalı kökəsi ver.

- Görürsənmi, Cimsiz sənin üçün pis olardı. Meşədə ac-acına oturar, hələ

iliklərinə qədər də islanardın. Bəli, bəli, oğlum! Toyuqlar bilir ki, nə vaxt yağış yağacaq, meşədəki quşlar da.

On, ya on iki gün çay hey qalxdı, qalxdı və nəhayət, sahili aşıb-daşdı. Alçaq

yerlərdə adanı, İllinoys sahillərini də üç-dörd fut hündürlükdə su basdı. Adanın

bu tərəfində çay bir neçə mil enliləşmişdi, Missuri tərəfı isə əvvəl yarımmil enində idi, indi olduğu kimi də qalmışdi, çünki Missuri sahilləri başdan-başa qayalardan ibarət bir hasar kimidir.

Gündüz biz qayıqda adanın bütün ətrafını dolandıq. Meşənin içəriləri, günəş hər yanı yandırıb yaxdığı bir vaxtda da, olduqca sərin və kölgəli idi. Biz ağacların arasından çətinliklə keçib gedirdik, bəzi yerlərdə isə cır üzüm tənəkləri hər yanı elə sıx bürüyüb tutmuşdu ki, geriyə dönüb başqa bir yol axtarmalı olurduq. Yerə yıxılmış hər bir ağacın üstündə dovşanlar, ilanlar və başqa heyvanlar oturmuşdu; ətrafı basmış olan su yerdə bir neçə gün qaldıqdan sonar heyvanlar aclıqdan elə sustalıb sakit olmuşdular ki, hər kəs istəsə gedib onları əlinə götürə bilərdi; ancaq, əlbəttə ki, ilanları və çanaqlı bağaları tutmaq olmurdu, çünki o saat sıçrayıb suya atılırdı. Bizim mağaranın olduğu dağda onlar qarışqa kimi qaynaşırdılar. Əgər biz istəsəydik özümüzə kefimiz istəyən qədər ələ öyrəşmiş heyvan tapa bilərdik.m Bir axşam biz yaxşı şam ağaclarından qayrılımş salın kiçik bir hissəsini tutduq. Salın bu hissəsinin eni on iki fut, uzunu isə on beş-on altı fut olardı, suyun üzünə isə altı, yeddi düyüm hündürlükdə möhkəm və düz taxtalar çıxmışdı. Bəzən biz gündüzlər yanımızdan tirlərin necə üzüb keçdiklərini görür, amma tutmurduq; gündüz işığında biz heç başımızı mağaradan bayıra çıxartmırdıq. Bir dəfə, gecə vaxtı adanın yuxarı qurtaracağına üzüb, lap sübh vaxtı oraya çatdıq, birdən gördük ki, qərb tərəfdən bizə tərəf bir ev üzüb gəlir. Ev iki mərtəbəli idi və xeyli yana əyilmişdi. Biz qayıqla üzüb ona çataraq üstünə çıxdıq, yuxarı mərtəbənin pəncərəsinə dırmaşdıq. Hava hələ qaranlıq idi, heç nə görünmürdü; onda biz düşüb qayığı evə bağladıq və oturub səhərin açılmasını gözlədik.

Adanın aşağısına çatmamış hava işıqlanmağa başladı. Çıxıb pəncərədən baxdıq. Gördük ki, içəridə çarpayı, stol, iki köhnə stul var, döşəməyə müxtəlif şeylər tökülmüşdü, divardan isə pal-paltar asılmışdı. Evin bir küncündə adama oxşar bir şey uzanmışdı. Cim qışqırdı:

- Ey, kimsən?

Həmin adam heç tərpənmədi də. Belə olduqda mən də onu səslədim. Sonra isə Cim dedi:

- O yatmayıb, ölübdür. Sən yerində otur, mən gedim, baxım.

Cim pəncərədən içəri girdi, yerdəki adama yanaşıb əyildi, yaxşı-yaxşı baxaraq dedi:

- Ölüdür, həm də lütdür. Onu daldan güllə ilə vurublar. İki, ya üç gün olar ölüb. Hek, bura gəl, ancaq üzünə baxma, çox heybətlidir.

Mən ona heç baxmadım. Cim onun üstünü tez cır-cındır ilə örtdü, amma bunun mənası yox idi; mən ona onsuz da baxmaq fıkrində deyildim. Döşəmənin üstündə köhnə, kirlənmiş kartlar, boş spirtli içki şüşələri, qara mahuddan iki maska var idi, divarlar isə başdan-ayağa ən eyibli sözlərlə yazılıb doldurulmuş və kömürlə şəkillər çəkilmişdi. Divardan iki dənə köhnə çit qadın paltarı, həsir şlyapa, arvad yubkaları və köynəkləri, bəzi kişi pal-paltarı asılmışdı. Biz şeylərin çoxunu qayığa daşıdıq, lazımımız ola bilərdi. Döşəmədə oğlan uşaqlarının başlarına qoyduqları bir köhnə həsir şlyapa vardı; mən onu da götürdüm. Bundan başqa bir dənə süd şüşəsi də vardı, şüşənin ağzı uşağın əmə bilməsi üçün əsgi parçası ilə bağlanmışdı. Biz bu şüşəni də götürərdik, ancaq o sınıq idi. Evdə köhnə, nimdaş bir sandıq və qıfılı sınıq bir dəri çamadan da vardı; sandığın da, çamadanın da ağzı açıq idi, amma içində əməlli bir şey qalmamışdı. Şeylərin pərakəndə tökülüb qalmasından görünürdü ki, ev sahibləri tələsik qaçmış və bütün şeylərini yığışdırıb aparmağa macal tapmamışlar. Bizim əlimizə bunlar keçdi: köhnə tənəkə fənər, dəstəksiz böyük bir bıçaq, Barlou fırmasınm buraxdığı təzə cib bıçağı (belə bıçağı hər hansı bir dükandan yarım dollardan ucuz ala büməzsən), çoxlu piy şamı, tənəkə şamdan, kiçik bir matra, tənəkə birəlli, cırıq pambıq yorğan, içində çoxlu iynə, sancaq, sap, bir parça mum, düymə və başqa zir-zibil olan balaca qadın sumkası, kiçik bir balta,

bir qədər mıx, yekə qarmaqları olan mənim çeçələ barmağımdan yoğun bir tilov,

lülə kimi bükülmüş maral dərisi, it xaltası, nal, yarlıksız və içi boş dərman şüşələri; biz yığışıb getməyə hazırlaşanda isə mən çox gözəl bir qaşov, Cim isə köhnə bir skripka yayı və bir dənə taxta ayaq tapdı. Taxla ayaq çox yaxşı idi, ancaq qaytanları qırılmışdı, mənim üçün uzun, Cim üçün isə gödək olardı. O biri ayağı isə nə qədər axtardıqsa da tapa bilmədik. Belə ki, ümumiyyətlə desək, qənimət pis deyildi. Biz evdən ayrılıb getmək istərkən hava artıq tamam işıqlanmışdı. Bir adadan dörddə bir mil aşağıdaydıq; mən Cimə dedim ki, qayığın içinə uzansın, üstünü də pambıq yorğanla örtdüm. Əgər o otursaydı, camaat uzaqdan görüb bilərdi ki, zəncidir. Mən qayığı İllinoys sahilinə tərəf elə sürdüm ki, axın bizi yarım mil aşağıya apardı, sonra isə qayığı lap sahilin yanı ilə, durğun sularla sürdüm. Biz adaya, başımıza heç bir sərgüzəşt gəlmədən çatdıq, yolda heç kimə rast gəlmədik.




Copyright Ədəbiyyat dərsliyi © 2024