LÜĞƏT
A
Ağaz – burada: ilk, əvvəl
Ağı – zəhər
Alçaq – urada: təvazökar, sadə
Amit – yer adı
Aznavur – burada: yekəpər
B
Başına əlləmə düşsün – başına kül olsun
Bərxurdar – burada: bələd, tanış
Bəstəri-möhnət – möhnət (qəm, dərd) yatağı
Bidar – oyaq, ayıq
Bikar – işsiz
Bimar – xəstə
Biməsəl – örnəksiz, ibrətsiz
Biş – çox, artıq
Bivayə – Hər şeydən məhrum olan; hamisiz, köməksiz
Bülənd – uca, yüksək
Bünyad – bünövrə
Bürran – kəsən, iti, kəsici, kəskin (qılınc, xəncər)
Büti-ziba – büt: ibadət edilən şey; ziba: bəzəkli, gözəl
C
Cəng – dava, müharibə
Cüda düşmək – ayrılmaq, ayrı düşmək
Cünun – dəlilik
Ç
Çeşmi-giryan – ağlar göz
Çövkan –
Çub – çubuq. Burada: balaban nəzərəd tutulur
D
Dam – burada: həbsxana
Dəhri –müxalif – o dünya
Dəmi-İsa – İsa peyğəmbərin nəfəsi
Dəmsaz – burada: həmsöhbət
Dərbar – şahın sarayı
Dərdmənd –dərdli, qüssəli,xəstə
Dəvayi-dərd – dərdin dərmanı
Dilgir – qəmli
Duş – çiyin
Dürfəşan – burada: inci kimi sözlər danışan
E
Ehya qılmaq – canlandırmaq, qüvvət vermək
Ə
Əbləh – axmaq, sarsaq
Ədəm – yoxluq
Əfğan – fəryad, nalə
Əhli-bəsər – görən, anlayan adamlar
Əqvam – qohumlar
Əmval mal – dövlət
Ənis – munis, dost, yaxın yoldaş
Ərbab – burada: başa düşən adamlar
ərbədə – dava, qalmaqal
Əsbabı-mənahi – qadağan edilmiş alət
Əqdəm – əvvəl
Əqrəb – göydəki on iki bürcdən biri
Ələmdar – bayraqdar
Əsrar – sirlər
Əsrari-nihan – gizli sirlər
Əzm etdi – burada: hərəkət etmək
F
Faiq – üstün
Farigül-bal – ürəyi asudə, könlü rahat; dinc, qayğısız
Fəsanə – əfsanə
Fasid – pozuq, pozulmuş
Fəvaid – faydalar
Fəzail – fəzilətlər
Fiqh – şəriət məsələlərindən bəhs edən dini elmlərdən biri
G
Gərdən – boyun
Giryan – ağlaya-ağlaya
Gövsər – cənnətdə bulaq
Guş qıl – qulaq as
Günə – cür
Gürg – canavar, qurd
H
Həbib – sevgili, dost
Həcər – daş
Hədiqeyi-cud – səxavət, comərdlik bağçası
Həqayiqi-raz – sirli həqiqətlər
Həmrah – yoldaş
Hərəmxana – şah sarayının qadınlara aid olan hissəsi
Həsənnənə, Həsənbaba, Xaçbulaq – yaylaq adları
Həşəm – qulluqçu və nökərlər
Huşyar – ağıllı, düşüncəli, şüurlu, dərrakəli
X
Xab – yuxu, röya
Xanəbərəndaz – ev yıxan, ev dağıdan
Xeyl – camaat, tayfa
Xələf – oğul, övlad
Xəmidə – əyri
Xəvas – xasiyyət
Xişm – qəzəb, hiddət
Xoş zəban – xoş dilli, xoş danışıqlı
Xub – burada: gözəl, dilbər
Xuban – burada: gözəllər, göyçəklər
Xüşk –quru
Xüttə – ərazi, yer
İ
İkən – çox
İxtilat – söhbət
İqtibas – bir sözü, cümləni və ya fikri eynilə, yaxud məzmunca başqasının əsərinə alma, götürmə
İstiqfar qılmaq – üzr istəmək, bağışlanmağı xahiş etmək
İtab – məzəmmət
K
Kəlb – it
Kələssər etmək – burada: ağacların ucunu kəsmək
Kəmin(ə) – aciz, həqir
Kəpəz, Murov, Musa, Qoşqar – dağ adları
Kəvakib – ulduzlar
Kəyan – İran şahlarına verilən ümumi ad
Kütah – qısa
Q
Qafil – xəbərsiz
Qəbail – qəbilələr
Qəhr – qəzəb, hirs, hiddət
Qissə – burada: hadisə, əhvalat
Qılman – cənnətdə xidmət edən oğlan. Şair meyi kövsər, saqini isə qılman hesab edir
L
Ləhni-Davud – Davudun gözəl, təsirli səsi
M
Mah – ay (klassik şeirdə gözəlin surətinə işarədir)
Məclisi-ürfan – dərk edənlər məclisi
Məqdur – mümkün olan
Mənhus – nəhs, pis
Məni – məna
Mərdin – “Dədə Qorqud” dastanında coğrafi ad
Mərkəb – minik heyvanı
Mərrix – Mars planeti
Mərufi-tamami-xasü-amız – bütün camaat içində tanınmışıq
Mərz – sərhəd
Məsqətür-rəsi – 1. Anadan olan yer, doğulduğu məkan; “Vətən, yurd”
Minbəd – bundan sonra
Miraxur – tövlə başçısı
Mötad – adət edilmiş, vərdiş edilmiş
Mübn – aydın, əyan, aşkar
Mükərrər – çox, dəfələrlə
Müqim – sakin, yaşayan, yerləşən
Mül – şərab
Münkir – inkarçı
Mürəxxəs –azad
Müstəcme – toplayan, cəm edən
Müstövfi – maliyyə naziri
Müttəle – xəbərdar
Mütəvəcceh olmaq – rəğbət bəsləmək
Müzəkka – zəkalı, ağıllı
N
Nabəkar – yaramaz, alçaq
Naleyi-zar – xəstə naləsi
Naxun – dırnaq
Nar –od, atəş
Natəvan – tabsız, zəif
Neyrəng – hiylə
Nəqşi-süvər – naxış və surətlər
Niknam – adı yaxşılığa çıxmış, yaxşı ad qoymuş
Nikuxah – başqasının yaxşılığına çalışan; xeyirxah
Nisbət etmək – əlaqələndirmək. Burada: tay tutmaq
Növi-cəmadət – cansız əşyalar
Ö
Övsaf – vəsflər
P
Pak təmiz, saf
Payan – axır, son, nəhayət
Payi-bəstə – ayağıbağlı
Peyda – burada: var oldu
Peydərpey – bir-birinin ardınca
Peyğam – xəbər, sifariş
Pənbeyi-qəflət – qəflət pambığı
Pəriru – pəri üzlü
Pərtövi-rüxsareyi – sübhan-alqışlanmalı üzün işığı, nuru
Pədərsüxtə – atası yanmış (fars dilində söyüş)
Pünhan – gizli
R
Rəxnə – ziyan, zərər
Rəviş (söz rəvişi) – burada: söz meydanında; söz yolunda
Rəyasət – rəhbərlik, başçılıq
Rizayi – İranda toxunan bir növ yun qumaş
Rövşən qıl – söylə, bildir
Rüxsar – üz, sifət, yanaq
S
Sası – azğın
Seyran – seyr etmə, gəzmə
Səktə – sükut, sakitlik
Səlatin – sultanlar
Sər – baş
Sərdar – hərbi nazir, baş komandan
Sərəfraz – başı uca
Sirişk – göz yaşı
Siyasət – burada: cəza
Suyi-məhbub – burada: məhbubun yanına
Sürahi – su və ya şərab tökmək üçün uzunboğaz şüşə qab
Ş
Şatir – böyük adamların qabağında gedib yol açan
Şəhla – tünd-mavi
Şəbi-hicran – ayrılıq gecəsi
Şəhd – bal
Şəhriyar – hökmdar, padşah
Şəmayil – surət, şəkil
Şəms – günəş, gün
Şikəstə – üzgün, əldən düşmüş
Şuriş – qarışıqlıq, çaxnaşma, şuluqluq
Şümar – say, hesab
T
Təbdil – dəyişdirmə
Tədrici-məbadi – tədrici – yavaş-yavaş, məbadi –başlanğıc
Təəllül – bəhanə gətirərək işdən boyun qaçırma
Təəhhüd etmək – öhdəsinə götürmək, boynuna çəkmək
Təhəyyür – heyrət içində, mat-məəttəl
Təqrirat – söhbət, izahat
Təmkin – vüqar, özünü ağır aparma
Tən – tənə, rişxənd
Təşəxxüs satmaq – özünü çəkmək
Tişə – külüng, balta, kərki
Tuti – tutuquşu
Tüklü quş – Oğuz tayfalaraında müqəddəs sayılan ağ sunqur quşu (şahin)
Türfə – 1. Nadir, görünməmiş; 2. Qiymətli hədiyyə, töhfə
Ü
Ülfət – alışma, ünsiyyət
Üyub – eyiblər
V
Vaqifi-kar – işləri bilən
Varis – mirasa yiyələnən, vərəsə
Vərdi-həmra – qırmızı qızılgül
Vüsul olmaq – çatmaq , yetişmək
Y
Yassar – burada: qorxaq
Z
Zail – yox olan, heç olan
Zəbanə – şölə
Zəbun – zəif, qüvvətsiz
Zəmzəm – Kəbənin yaxınlığında olan bir quyunun suyu. Müsəlmanlar onun suyunu müqəddəs hesab edirlər.
“Zici-Uluğbəy” – Uluğbəyin (məşhur özbək alimi) tərtib etdiyi astronomiya cədvəli
Ziri-qəm olmaq – qəmə batmaq, qəm dəryasına girmək