MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Aşıq Ələsgər. “Dağlar”( ixtisarla )
Bölmələr

******

24.12.2024, 06:12

DAĞLAR

 

 

Bir ay yarım nobahardan keçəndə
Car olur köysündən sellərin, dağlar!
Çalxanır dəryalar, çığrışır qazlar,
Zəmzəm zümzüməli göllərin, dağlar!

Hanı mən gördüyüm qurğu-büsatlar!?
Dərdməndlər görsə, tez bağrı çatlar;
Mələşmir sürülər, kişnəmir atlar,
Niyə pərişandı halların, dağlar!?

Hanı bu yaylaqda yaylayan ellər!?
Görəndə gözümdən car oldu sellər.
Seyr etmir köysündə türfə gözəllər,
Sancılmır buxağa gullərin, dağlar!

Kəpəz, Murov, Musa – gör neçə dağ var…
Üstünə nur yağsın, ay dəli Qoşqar!
Yayın ortasında yağdırırsan qar,
Səf çəkib üstündə sərdarın, dağlar!

Elə ki, şər gəldi, qaraltdı qaşı,
Dumana qərq olur dağların başı.
Düşəndə gür ilə kəlbin savaşı,
Uzaq çəkir qilü-qalların, dağlar!

Həsənnənə, Həsənbaba qoşadı,
Xaşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgərtək qulların, dağlar!




Copyright Ədəbiyyat dərsliyi © 2024