MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Məhəmməd Füzuli. “Məni candan usandırdı”
Bölmələr

******

24.12.2024, 06:05

 

Məhəmməd Füzuli

(1494–1556)

 

“Məni candan usandırdı” qəzəli

 

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı?

 

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.

Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

 

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən

Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?

 

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

 

Güli-rüxsarinə qarşı gözümdən qanlı axar su,

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

 

Degildim mən sənə mail, sən etdin əqlimi zail,

Mənə tə’n eyləyən qafil səni görcək utanmazmı?

 

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?




Copyright Ədəbiyyat dərsliyi © 2024