Fikrət Qoca
(1935)
Azərbaycanın Xalq şairi Fikrət Qoca 1935-ci ildə anadan olmuşdur.
Orta məktəbi Ağdaşda bitirmişdir. Sonralar ali təhsil alan və müxtəlif vəzifələrdə
çalışan F.Qoca heç vaxt qələmi əlindən qoymamış, ədəbi yaradıcılıqla məşğul
olmuşdur. Çap etdirdiyi çoxsaylı şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik
duyğuları, azərbaycan təbiətinin gözəlliyi, uşaqlara qayğı tərənnüm olunmuşdur.
Onun qələmindən çıxan "Oddan keçənlər”, "Adi həqiqətlər”, "Ölüm ayrılıq deyil” əsərlərindən
xalqımızın taleyindən, azadlıq mübarizəsindən söz açılmışdır.
Əziz uşaqlar! Sizə şairin Qarabağ uğrunda şəhid olmuş, əsirlikdə olan 25 nəfər xocalının azad olunması müqabilində düşmənə könüllü təslim olan Azərbaycan əsgəri Natiq Qasımova həsr etdiyi "Bayraq tutan oğullara” şeirini təqdim edirik:
Bayraq tutan oğullara
Şəkildə baxan o gözlər
Elə sözdü, elə səsdi.
Əlindəki bayraq kimi
Müqaddəsdi
Əbədiyyət qazanmağa
Bu da bəsdi!
Yenilməzlik, haqlıq, düzlük
Elə budu!
Sən əsir düşməsin belə,
Əlindəki bayraq ilə!
Xankəndini tapdaladın,
Qisas aldın!
Azərbaycan bayrağıyla
Keçdin ordan!
Zəfər çaldın!
İnsanlıqdan ucalmısan,
Sən müqəddəs bir ocaqsan!
Elə orda, Xankəndində
Nəhəng heykəl olacaqsan,
Əlində də öz bayrağın!!!
Bayrağının altından da
İllər, nəsillər keçəcək
Zaman-zaman, axın-axın,
Sən oğulsan!...
Gözlərinə qurban olum!
Bu günə də şükür oldun!
Çox şükür ki,
Bayraq da var,
Bayraq tutan oğullar da!