MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Ənvər Əlibəyli
Bölmələr

******

24.09.2018, 10:28

Ənvər Əlibəyli

(1916 – 1968)

 


Azərbaycanın tanınmış şairlərindən olan Ənvər Əlibəyli 1916-ci il aprel ayının 1-də bakıda doğulmuşdur. Orta təhsilini bu şəhərdə almış, Bakıdakı Tibb Texnikumunda təhsilini davam etdirmişdir. Sonralar Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində ali təhsil alaraq, müəllimlik sənətinə yiyələnmişdir. Ə.Əlibəyli müxtəlif peşələrdə çalışsa da, ömrününün sonuna kimi ədəbi yaradıcılıqla məşğul olmuşdur.

Onun "Qaranquş”, "Sənin adınla”, "Dostluq körpüsü”, "Dalğalar arasında”, "Elə xoşbəxtəm ki”, "Nəğmələr” və digər şeir kitablarında insanlara kədər və fəlakət gətirən müharibə pisləninilir, Vətənimizin füsunkar təbiəti, insanlarımızın əməksevərliyi, xalqımızın gələcəyi olan uşaq və gənclərin həyatı tərənnüm edilmişdir.

Bir neçə şeirini sizə təqdim edirik.

 

  

Azərbaycanım!

Özün kimi vüqarlıdır uca dağların,

Hüsnünə bir yaraşıqdır yaşıl bağların,

Bizimlə bir başlamışdır gözəl çağların,

"Yurdum, yuvan, məckənimsən”,

                             Azərbaycanım,

Al bayraqlı vətənimsən, Azərbaycanım

 

El bilir ki, tükənməyən sərvətin vardır.

Sinən üstə ağ pambıqlı göy tarlalardır,

Buruqların dənizdə də qatar-qatardır,

"Yurdum, yuvan, məckənimsən”,

                             Azərbaycanım,

Al bayraqlı vətənimsən, Azərbaycanım!

 

Sənə şirin arzum deyim, diləyim deyim,

Havam deyim, suyum deyim, çörəyim deyim,

Sənə kövrək qəlbim deyim,

"Yurdum, yuvan, məckənimsən”,

                             Azərbaycanım,

Al bayraqlı vətənimsən, Azərbaycanım!


 

Sənin Vurğununam, Bahar, Ay Bahar

Sənin gəlişinlə düzəndə, dağda

Qarlar selə dönüb axar, ay bahar!

Ətirli güllərdən qızlar, gəlinlər

Dərib sinəsinə taxar, ay bahar!

 

Yaşıla bürünər çəmən, dağ, meşə,

Ayılar yuxudan nərgiz, bənövşə:

Qışın şaxtasında, inan, həmişə

Həsrətin qəlbləri yaxar, ay bahar!

 

Yaşıl reyhanların, qızıl güllərin

Ətrini gətirər əsən yellərin.

Mən də bülbülüyəm bu şad ellərin,

Sənin vurğununam, bahar, ay bahar!





Copyright Ədəbiyyat dərsliyi © 2018
Создать бесплатный сайт с uCoz