MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
X sinif dərsliyi haqqında
Bölmələr

******

23.12.2024, 23:14

                                                 Bir neçə söz

Əziz şagirdlər!

Ədəbiyyat dərsləriniz onuncu sinifdə əvvəlki siniflərdən fərqlənəcək. Bu sinifdə ədəbiyyatımızı tarixi-ədəbi prinsip əsasında öyrənəcəksiniz. Yəni ədə­biy­ya­tı­mızın ən qədim dövrlərdən başlayaraq XX əsrin əvvəllərinə qədər keçdiyi tarixi inkişaf yolunu izləyəcəksiniz. Bir az da dəqiq deyilsə, bu dövrdə yaşayıb-yaratmış sənə­t­ka­rların həyatı, yaradıcılığı barədə məlumatı layihələri yerinə yetirməklə ət­raf­lı öyrənəcək, bir əsərini sinifdə müzakirə, təhlil etməklə hərtərəfli mənim­sə­yə­cək­­si­niz. Bütün bunlar barədə dərslikdə sizə yalnız istiqamət verilmişdir. Deməli, sənətkarların həyatı, yaradıcılığı, eləcə də öyrənilməsi nəzərdə tutulan əsəri barədə dərslikdə geniş məlumat, ətraflı təhlil verilməmişdir. Dərslikdəki suallar və onların aydın­laş­dırıl­masına istiqamət verən yığcam cavablar – mətnlər sizi tədqiqata isti­qa­mət­lən­di­rə­cək­dir. Dərslikdən öyrəndiklərinizi hər möv­zunun sonunda göstərilən mən­bələr əsasında zənginləşdirəcək və tamamlayacaqsınız. Bu, sizin tədqiqatçı ki­mi­ araşdırma aparmağınız, bilikləri müstəqil öyrənməyiniz, bacarıqlarınızı inkişaf etdirməyiniz üçün əhəmiyyətlidir. Mənbələrin sırasında bu vəsait də göstərilmişdir. Dərslikdəki mətni, ar­dınca bu vəsaitdəki məlumatı mənimsəməyiniz digər mən­bə­ləri başa düşməyinizi asanlaşdıracaqdır. Müxtəlif mən­bə­lər­dən topladığınız məlumatı müqayisə edib ümumiləşdirməklə konkret cavab ha­zır­la­ya biləcəksiniz. Araşdırmanızın sonunda dərslikdəki mətnlərə hansı məzmunda və­ hansı səviyyədə əlavələr etdiyiniz sizə məlum olacaqdır. Bütün bunlar, artıq deyildiy kimi, sizdə təd­qi­qatçılıq bacarığının inkişaf etməsinə əhəmiyətli dərəcədə təsir edəcəkdir. Bu ba­ca­rıq­lar XI sinifdə, eləcə də sonrakı təhsilinizdə fəaliyyətinizin səmərəli olmasına imkan yaradacaqdır.

Onuncu sinifdə öyrənəcəyiniz bədii əsərlər vəsaitin ikinci hissəsində verilmişdir. Bu əsərlərin az qismi bütövlükdə, bəzilərinin isə parçaları dərslikdə verilmişdir. Unutmayın ki, dərsliyin hər bölməsinin öyrənilməsinə başlamazdan əvvəl ordakı bədii əsərləri müstəqil oxumağınız vacibdir. Bu, əsərlərin öyrənilməsinin sonrakı mərhələlərində daha səmərəli işləməyiniz üçün faydalıdır.

Sizə uğur arzulayırıq!

 

Müəlliflər: S.Hüseynoğlu, B.Həsənli, A.Mustafayeva, Y.Babayev

 

 




Copyright Ədəbiyyat dərsliyi © 2024