Maqsud İbrahimbəyov
(1935)
Azərbaycanın
tanınmış yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 1935-ci ildə bakı
şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini burada alan
M.İbrahimbəyov Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Ali məktəbi
qurtardıqdan sonar bir müddət inşaatçı-mühəndis, radio və televiziya müxbiri
kimi çalışmışdır. Sonar Moskvada Ali ssenari və rejissorluq kurslarında
oxumuşdur. M.İbrahimbəyov
bədii yaradıcılığa ötən əsrin 60-cı illərindən başlamışdır. Onun əsərləri
əsasında bir sıra bədii filmlər çəkilmişdir. M.İbrahimbəyovun
"Bir gözəl gündə”, "Müharibənin 1001-ci gecəsi”, "Yay tətili”,
"Uşağlığın son gecəsi”, "Püstə ağacı” və digər əsərlərində həyatın
mürəkkəbliyinə, insane taleyinə həssas münasibəti, uşaqlara qayğı və humanizmi
diqqəti cəlb edir.
M.İbrahimbəyovun dünyanın müxtəlif dillərinə tərcümə olunan və sevilə-sevilə oxunan "Bütün yaxşılıqılara görə ölüm” əsərindən bir parçanı Sizlərə təqdim edir, orada ifadə olunmuş başlıca fikirlərin üzərində düşünməyinizi tövsiyə edirik.
Bütün yaxşılıqlara görə ölüm
(İxtisarla)
Əli bizi mağaranın girəcəyində
gözləyirdi. Mağaraya girdik, sonra mən geri dönüb gəldiyimiz yola işıq saldım.
Elə bayırdan göründüyü kimiydi: divarları diş-diş olan ensiz bir yarıq. Ömrümdə
birinci dəfəydi mağaraya düşmüşdüm, ancaq qəti deyə bilərəm ki, bu mağara çox
böyük mağara idi. Pıçıltıynan danışanda belə dərhal əks-səda verirdi. Çoxdan
mağara görməyin arzusundaydım, həmişə də belə fikirləşirdim ki, ondan maraqlı
şey olamaz. Tom Soyerin Bekki Teçerlə mağarada azdıqları yeri dönə-dönə
oxumuşam... İndi özüm mağaraya düşmüşəm, ümidlərim alt-üst olub, heç demə o
qədər də maraqlı deyilmiş. Dörd tərəf çılpaq divar və bir də qatı qaranlıq.
Dördümüz də fənərlərin işığını daş döşəməyə salıb divardan tuta-tuta qabağa
gedirdik...
Davamını oxumaq üçün Yükləyin.