MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Hüseyn Arif
Bölmələr

******

24.12.2024, 16:34

Hüseyn Arif

(1924-1992)











Hələ kiçik yaşlarından məclislərdə aşıqları dinləyən Hüseynin qəlbində şeirə böyük maraq və məhəbbət yaranmışdır. Vaqifin, Vidadinin, Aşıq Ələsgərin, səməd Vurğunun əsərlərini sevə-sevə oxuyan və öyrənən Hüseyn çox gənc yaşlarından şeir yazmağa başlamışdır. O, qəzetdə, jurnalda, bir sözlə, harada işləməsindən asılı olmayaraq, qələmi yerə qoymamış, bir-birindən maraqlı yüzlərlə şeir yazmışdır. Vətən məhəbbəti, xeyirxahlıq, əməksevərlik, düzlük, doğruçuluq onun əsərlərində daha çox danışılan məsələlərdəndir.

 

YADİGAR QILINC

(ixtisarla)

Şah İsmayıl Xətayinin qılıncı hazırda Praqa Dövlət Muzeyində saxlanılmaqdadır.

 

Qarşımda bir qılınc, iti bir qılınc,

Alovlu bir şimşək, qəzəbli bir sel.

Qarşımda bir qılınc, qatı bir qılıncğ

Əyilməz bir oba, basılmaz bir el.

 

Canlı yadigardır Şah İsmayıldan,

İllərin qarından, qışından keçib.

Havada bir dəfə oynayan zaman

Neçəsi meydanda başından keçib.

 

Gah sağdan, gah soldan çapdılar bizi,

Yadlar çox ev yıxıb, çox quyu qazıb.

Əfsuslar olsun ki, tariximizi

Özgələr yazanda başqa cür yazıb.

 

Mən qana, qırğına düşmənəm hər vaxt,

Başqadır söhbəti, sözü könlümün.

Bu qədim qılıncın önündə ancaq,

Başımı hörmətlə əyirəm bu gün!

 

Dağlarda çatmışıq ocağımızı,

Duman yorğanımız. Səngər evimiz.

Doğma dilimizi, torpağımızı

Vaxt olub qılıncla qorumuşuq biz!..

 

 

 

 




Copyright Ədəbiyyat dərsliyi © 2024