MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Əhməd Cavad
Bölmələr

******

20.04.2024, 19:13

Əhməd Cavad

(1892-1937)


Əhməd Cavad (Axundzadə Cavad Məhəmmədəli oğlu) 1892-ci il mayın 5-də anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912) təhsil almışdır. 1913-cü ildən şeirləri çap edilməyə başlanıb. Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O, klassik ədib və şair pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan "Qafqaz könüllü hissəsi” sıralarına qatılır. Trakiya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşur. Birinci Dünya Müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşnalığına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti” vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışmış, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməmişdir. 1916-cı ildə "Qoşma” adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa” adlı kitabı nəşr olunmuşdur. Azərbaycan ali Pedaqoji İstitutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsilini davam etmişdir. Bu maarifpərvər insan ciddi çətinliklərə baxmayaraq xalqının övladlarına dərs deyərək, müəllimlik edib. Müstəqillik, türk xalqının birliyi, keçmişimizin unudulmaması mövzularında əsərlər yazmışdır. Azadlıq carçısı Vətənimizin  azadlığını, müstəqilliyini də hər şeydən üstün tutub, bu haqdaçoxlu əsərlər yazıb. Hətta Milli himnimizin sözlərinin müəllifidir. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci ildə güllələnmişdir.

Azərbaycan Bayrağına

Türküstan yelləri öpüb alnını,

Söyləyir dərdini sənə, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərməğan yollasın sana, bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,

Kölgən dövlət quşu qondu başıma.

İzin ver gözümdən axan yaşıma

Dinlətsin dərdini sənə, bayrağım!

 

Qayı xan soyundan aldığın rəngi,

Qucamış Elxanla müsəlman bəyi.

Elxanın övladı - dinin dirəyi.

Gətirdin könlümə səf, bayrağım!

 

Köksümdə tufanlar gəldim irəli,

Öpüm kölgən düşən müqəddəs yeri.

Allahın yıldızı – o gözəl pəri

Sığınmış qoynunda aya, bayrağım!



Çırpınırdı Qara Dəniz

"Çırpınırdı Qara Dəniz

Baxıb Türkün Bayrağına.

Ah deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına!

 

Ayrı düşmüş dost elindən

İllər var ki çarpar sinən.

Vəfalıdır gəldi gedən

Yol ver Türkün bayrağına!

 

Dost elindən əsər yellər

Mənə şer, salam söylər.

Olsun bizim bütün ellər

Qurban Türkün bayrağına!

 

İncilər tök gəl yoluna,

Sırmalar düz sağ-soluna,

Fırtınalar dursun yana,

Salam türkün bayrağına!”

 





Copyright Ədəbiyyat dərsliyi © 2024