MƏKTƏBDƏ ƏDƏBİYYAT FƏNNİ
Elçin Hüseynbəyli
Bölmələr

******

24.12.2024, 16:36

Elçin Hüseynbəyli

(1961)


Qarabağda dünyaya göz açan Elçin hələ məktəbli olarkən həssaslığı, gördüklərini, eşitdiklərini diqqətli münasibəti ilə həmyaşıdlarından fərqlənirdi. Bədii ədəbiyyata, mütaliəyə marağı isə hamını təəccübləndirirdi. Kitabları acgözlə oxuyur, həmyaşıdlarına danışmaqdan usanmırdı. Kənd kitabxanasının kitablarını bir neçə dəfə oxuyandan sonra rayon mərkəzindəki kitabxanaya üz tutdu. Ailə üzvlərinin sənədlərini kitabxanada qoyar, hər dəfə on-on iki kitab götürərdi. Zəngin təxəyyülü ilə müəllimlərini heyrətləndirərdi. Elçinin ilk hekayəsi orta məktəbdə oxuyarkən çap olundu. Sonralar ali məktəblərdə - Bakı Dövlət Universitetində, Moskva Dövlət Universitetində oxuyanda da, müxtəlif peşələrdə çalışanda da qələmi yerə qoymadı. Maraqlı hekayələri. Povestləri ilə oxucuların rəğbətini qazandı.

Qarabağ, onun üçün keçmişi, taleyi E.Hüseynbəylini həmişə düşündürmüşdü. Onun "Kəndə gün çıxanda qayıdacağıq”, "Kənddən məktublar”, "Əsirlər”, "Gözümə gün düşür”, "Küləkli çöl” əsərlərində Qarabağla bağlı problemlər ustalıqla əks etdirilmişdir. Qarabağın zəngin, gözoxşayan təbiəti, əməksevər insanları onun əsərlərində sevə-sevə tərənnüm olunmuşdur.







Copyright Ədəbiyyat dərsliyi © 2024